Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 16:40
Rusiyalı müğənni Olqa Buzova ilk dəfə televizyada efirdə olduğu günü qeyd etmək qərarına gəlib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunun üçün o "Telegram" kanalında 18 yaşında olan bir şəklini paylaşıb.
O vaxtdan bəri onun imici bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Sarışın saçlardan qaraya və ya əksinə.
"Əzizlərim, düz 18 il əvvəl, 15 may 2004-cü ildə ilk dəfə "Dom-2" realiti-şousunda TNT kanalının ekranında göründüm. Mən o zaman Sankt-Peterburq Dövlət Universitetinin ikinci kurs tələbəsi idim və bu tamaşaya getmək üçün sessiyanı qiyabi keçdim",- deyə o, nostalji xatirələrini bölüşüb.
36 yaşlı Buzova paylaşımında o vaxtdan bəri həyatının yaxşılığa doğru çox dəyişdiyini əlavə edib, həmçinin müxtəlif işlərdə ona dəstək olan bütün pərəstişkarlarına təşəkkür edib.