Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəridə yaranan problem - Gül xəstəliyi nədir?

Dəridə yaranan problem - Gül xəstəliyi nədir?

Tarix: 17 May 2022 05:06

Dəri problemi olan rozasea, yəni gül xəstəliyi xüsusilə açıq rəngli dərisi olan insanlarda daha çox meydana çıxır. Bu,estetik baxımından da gözəl görüntü bəxş etmir.

İmmunitet.az xəbər verir ki, Türkiyənin dermatoloqu Hülya Sağlam, günəşin zərərli təsirləri, stress, soyuq havaların bu xəstəliyi yaratdığını bildirib.

Üzdə qızarıqlıq, yanma hissi, sızanağa bənzər şişliklər bu xəstəliyin əsas göstəricilərindəndir. Mütəxəssislər mədə xəstəlikləri, təzyiq, dəridə olan infeksiyaların da bu xəstəliyi yaratdığını qeyd ediblər. Həkim, gül xəstəliyinə yoluxan insanların uzunmüddət dərilərinə xüsusi diqqət etmələrini vacib bilib:

"Çünki üzdəki qızarıqlıqlar tamamilər keçmir. Dərinin xüsusi diqqətə ehtiyacı olur. Bəzən yaranan qızarıqlıqlar, sızanaqlar getsə də yenidən təkrarlanmaq ehtimalı yüksəkdir".

Sağlam, dünyada 100 nəfərdən üçünün gül xəstəliyindən əziyyət çəkdiyini bildirib.

"Açıq məkanlarda, inşaatda çalışanlar, açıq dəri rənginə sahib olanlar daha çox risk payına sahibdirlər. Həmçinin çox acı, ədviyyatlı yemək yeyənlər, şokolad, qaynar çay içənlər də bu təhlükəni daşıyırlar,-deyə dermatoloq vurğulayıb.

Əgər müalicə edilməzsə qızarıqlıqlar artaraq burun böyüklüyü, burunda yerləşən yağ kanallarının genişlənməsinə səbəb ola bilər. Həkim gül xəstəliyinə yoluxan insanlarda miqren, yüksək təzyiqin də yarana biləcəyini söyləyib.

Müalicəsindən bəhs edən dermatoloq, bunun xəstənin vəziyyətinə görə dəyişdiyini qeyd edib:

"Tibbi dərmanlarla və lazerlə müalicə edilə bilər. Şiddətinə görə, antibiotiklər, kremlərdən də istifadə edilməsi mümkündür".

Bəs gül xəstəliyindən necə qorunmalı?

İsti içkilərdən və qidalardan uzaq durmalı

Spirtli içkidən istifadə etməmək daha məsləhətlidir

Yay fəslində günəş kremlərindən istifadə

Dərini nəmli saxlayan kremlərdən mütəmadi istifadə etmək zəruridir.


Etiketlər:  Dəridə yaranan problem Gül xəstəliyi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ