Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 08:44
Mayın 16-da 53 ağır yaralı ukraynalı hərbçi tibbi yardım üçün "Azovstal"dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Yelenovkaya aparılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın çıxışında bildirib.
Onların daha sonra Ukraynaya qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək.
"Azovstal"dan ukraynalı hərbçilərin xilas edilməsi əməliyyatının başlamasını Ukrayna Prezidenti Volodimir Zelenski də şərh edib:
"Bu, asan gün deyil. Amma bu gün bütün digərləri kimi ölkəmizi və xalqımızı qorumaq məqsədi daşıyır. Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatının, eləcə də danışıqlar qrupunun fəaliyyəti sayəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT ümid edirik ki, bizim oğlanların həyatını xilas etmək mümkün olacaq. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq Ukrayna qəhrəmanları lazımdır. Bu, bizim prinsipimizdir".
Qeyd edək ki, "Azovstal"dan hərbçilərin çatdırıldığı Yelenovka və Novoazovsk qəsəbələri Donetsk vilayətinin ərazisində yerləşir.