Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' Əfqanıstan parlamentini buraxıb

''Taliban'' Əfqanıstan parlamentini buraxıb

Tarix: 17 May 2022 13:50

Əfqanıstandakı "Taliban" hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Konstitusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzalayıb.

Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.

Qeyd edək ki, "Taliban" qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Qruplaşma daha mülayim siyasi xətt yürüdəcəyini sübut etməyə çalışırdı. Onlar yeni parlament seçkilərinin keçiriləcəyini də vəd etmişdilər.

Xatırladaq ki, "Taliban" 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib.

2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror aktlarından bir müddət sonra Vaşinqton Əfqanıstana hərbi müdaxilə edib və "Taliban" hakimiyyətdən uzaqlaşdırlıb. Yeri gəlmişkən, onların indiki hökuməti əvvəlki kimi hələ də dünya birliyi tərəfindən tanınmayıb.

Milli.Az


Etiketlər:  Taliban Əfqanıstan parlamentini buraxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ