Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzəpir məscidinin yaxınlığında bina yanır - FOTO

Təzəpir məscidinin yaxınlığında bina yanır - FOTO

Tarix: 17 May 2022 23:06

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, sözügedən ərazi Təzəpir məscidinin yaxınlığıdır.

Milli.Az


Etiketlər:  Təzəpir məscidinin yaxınlığında bina yanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ