Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 21:42
Kişi və qadın basketbolçulardan ibarət Rusiya milli komandaları dünya çempionatından kənarlaşdırılıb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.
Analoji sanksiya Belarus yığmalarına da şamil olunub. Hər iki ölkə kollektivlərinin seçmə mərhələlərdəki nəticələri ləğv edilib.
Qadınlar arasında dünya çempionatı bu il 22 sentyabr-1 oktyabrda Avstraliyada, kişilər arasında mundial isə 2023-cü ildə İndoneziya, Yaponiya və Filippində təşkil olunacaq.