Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil

Prezident İlham Əliyev: Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil

Tarix: 18 May 2022 22:06

Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

"Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır", - deyə Prezident İlham Əliyev bildirib.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycan artıq xarici yardımı ya beynəlxalq kreditləri alan ölkə deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ