Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 13:52
"Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var".
Sonxeber.net report-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var", - dövlət başçısı bildirib.