Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 18:04
Azərbaycanın iki rayonunun Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar olub.
Sonxeber.net Lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, polis kapitanı Samir Quliyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, Mirxəyal Hüseynov isə Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifələrinə təyinat alıblar.
Qeyd edək ki bir neçə gün əvvəl Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib.