Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qətiyyətimiz sarsılmazdır'': Conson Ukraynaya nə vəd etdi?

''Qətiyyətimiz sarsılmazdır'': Conson Ukraynaya nə vəd etdi?

Tarix: 19 May 2022 21:56

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın 1,3 milyard funt sterlinqlik əlavə hərbi yardım paketi alacağını bəyan edib. Buraya uzaqmənzilli artilleriya, gəmi əleyhinə raketlər və pilotsuz təyyarələr daxil olacaq.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, siyasətçi bu barədə öz "Twitter" hesabında Ukrayna Prezident Volodimir Zelenski ilə söhbətindən sonra məlumat verib.

"Mən prezidentə uzun mənzilli artilleriya, sahil-gəmi raketləri və pilotsuz uçuş aparatları da daxil olmaqla, Ukraynanın müdafiəsinə dəstək barədə məlumat verdim. Bu, Ukraynaya 1,3 milyard funt sterlinqlik əlavə hərbi yardım paketimizin bir hissəsidir", - Conson yazıb.

Tərəflər həmçinin Rusiyanın Qara dəniz limanlarının blokadası nəticəsində yaranan qlobal iqtisadi itkilərin aradan qaldırılması yollarını müzakirə ediblər.

"Biz təcili olaraq Ukrayna taxıl ehtiyatlarının çatdırılması üçün mühüm dəniz və quru yollarının açılması variantlarını axtarırıq", - Britaniyanın baş naziri əlavə edib.

Conson əlavə edib ki, Böyük Britaniya artıq 50 min ukraynalı qaçqını sığınacaqla təmin edib.

"Biz onlara burada həyat qurmalarına kömək etmək üçün əlimizdən gələni edirik. Bizim sxemlərimiz əsasında bu gün verilən 100 mindən çox viza və bu gün Rusiya aviaşirkətlərinə qarşı tətbiq edilən yeni sanksiyalarla qətiyyətimiz sarsılmazdır. Biz Ukraynanın yanındayıq", - deyə siyasətçi yekunlaşdırıb.


Etiketlər:  Qətiyyətimiz sarsılmazdır Conson Ukraynaya vəd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ