Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 10:22
Dünyada qaz qiymətlərinin kəskin artması fonunda Rusiya bu il Avropaya tədarükdə rekord məbləğdə - 100 milyard dollar gəlir əldə edə bilər.
Sonxeber.net Rusiya nəşrlərinə istinadən xəbər verir ki, "Qazprom"un mənfəəti "Şimal axını 2" layihəsini tam şəkildə ödəyib. Vzqlyad.ru yazır ki, Aİ ölkələri "sanksiyalar, səs-küylü bəyanatlar və embarqo vədlərinə" baxmayaraq, hər gün "Qazprom"a 200 milyon avro göndərirlər. "Qiymətlərin artması sayəsində Rusiya bu il Avropaya nəql edilən qaza görə 100 milyard dollar almalıdır ki, bu da qiymətlərin onsuz da yüksək olduğu keçən ilki qiymətlərdən təxminən iki dəfə çoxdur. Bu, neft, kömür və digər xammaldan əldə edilən gəlirləri nəzərə almadandır", - şərhçi Vinsent Kolin deyib.
Onun fikrincə, Rusiya "enerji döyüşü"nün birinci raundunda qalib gəlib, çünki Avropa Birliyi qazı bir az da az almağa başlasa belə, qiymətlərin sıçrayışı tədarükün aşağı düşməsini kompensasiya edəcək.
Şərhçi həmçinin "Qazprom"un super mənfəətinin "Şimal axını 2" qaz kəmərinin bəhrəsini tam ödədiyi fikrini də ifadə edib.
Bazar ertəsi məlum oldu ki, Almaniya görünməmiş sayda sanksiyalara baxmayaraq, Rusiya mallarının idxalına, ilk növbədə enerjiyə görə daha çox pul ödəməyə başlayıb. Aprel ayında Almaniyanın İqtisadiyyat naziri Robert Habek almanlara "evlərini daha az qızdırmağı, saunaları daha az ziyarət etməyi və daha az duş qəbul etməyi" təklif etmişdi. Onun sözlərinə görə, bu yolla Almaniya "Rusiyanın enerji təchizatından - bütün bu natəmiz neft və qazdan daha çox müstəqil olacaq". Almaniya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Cem Özdemir isə mart ayında almanlara Rusiyaya müqavimət göstərmək üçün daha az ət yeməyi təklif etmişdi.
Kamran Seyidov