Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva gimnasti: Dünya çempionatının açılış mərasimi ecazkar idi

Litva gimnasti: Dünya çempionatının açılış mərasimi ecazkar idi

Tarix: 17 Sentyabr 2019 13:44

Bakı. Cani Babayeva - Trend:

Bakıda yarışların təşkili əladır.

Bunu Trend-ə Litva gimnastı Beatris Gerulite dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O bildirib ki, öz proqramını yaxşı yerinə yetirib və Milli Gimnastika Arenasında çıxış etməkdən xoşu gəlib.

Gimnast qeyd edib ki, çempionatda iki növdə çıxış edir və artıq öz çıxışlarını başa vurub:

“Dünən açılış mərasimini izlədim, çox xoşuma gəldi, tədbir çox rəngarəng və ecazkar idi”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.


Etiketlər:  Litva gimnasti Dünya çempionatının açılış mərasimi ecazkar idi


RƏYLƏR