Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 08:12
Rusiyanın "Aeroflot" aviaşirkəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən üç ay ərzində bəzi təyyarələri ehtiyat hissələri üçün sökməyə başlaya bilər.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ekspert hesablamalarına istinadən "Bloomberg" məlumat yayıb.
Nəşr qeyd edir ki, xaricdən gətirilən modellərin Rusiya istehsalı olan təyyarələrlə əvəzlənməsi qıtlığı kompensasiya edə bilməyəcək.
"Şirkətin 350-dən çox təyyarəsinin əksəriyyəti Airbus və Boeing modelləridir. Daşıyıcı yaxınlaşmaqda olan ehtiyat hissələri çatışmazlığı ilə üzləşir. Mütəxəssislər aviaşirkətin inventarını üç ay kimi qiymətləndirir, bundan sonra o, təyyarəni hissələr üçün sökməyə başlaya bilər"-, məlumatda deyilir.
Aprelin 7-də ABŞ Ticarət Departamenti Aeroflot, Utair və Azur Air şirkətlərini nəinki ABŞ-dan məhsul almaq imkanından məhrum edib, həm də digər ölkələrdən Amerika mallarının təkrar ixracını qadağan edib. Sanksiyaların müddəti 180 gündür və uzadıla bilər.