Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın bərpasına Rusiyanın pulundan istifadə olunacaq?

Ukraynanın bərpasına Rusiyanın pulundan  istifadə olunacaq?

Tarix: 23 May 2022 08:39

"Almaniya Ukraynanın bərpası xərclərini ödəmək üçün Qərbdə dondurulmuş Rusiyanın valyuta ehtiyatlarından istifadə etmək ideyasına açıqdır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner "Financial Times" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hüquqi məsələlər və beynəlxalq nizam üçün nəticələr hələ də həll edilməlidir. Lindner rusiyalı oliqarxların şəxsi aktivlərinin ələ keçirilməsinin əleyhinə olduğunu da bildirib.

"Qanunun aliliyinə əsaslanan ölkələr xüsusi mülkiyyətə zəmanət verir".

Milli.Az


Etiketlər:  Ukraynanın bərpasına Rusiyanın pulundan istifadə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ