Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ərzaq böhranına cavab vermək üçün tərəfdaşlarla işləyəcək

ABŞ ərzaq böhranına cavab vermək üçün  tərəfdaşlarla işləyəcək

Tarix: 24 May 2022 08:36

Birləşmiş Ştatlar hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ərzaq böhranına cavab vermək üçün tərəfdaşlarla çalışacaq.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Qlobal ərzaq böhranı Rusiyanın Ukraynanın milyonlarla ton taxıl ixracına mane olması ilə daha da ağırlaşır. Rusiya Federasiyası müharibəni davam etdirdikcə, ABŞ öz tərəfdaşları ilə birlikdə qlobal cavab verməyə kömək edəcək, çünki bu, dünyanın bütün hissələrinə təsir edəcək", - Bayden Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) liderlərinin sammiti zamanı bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Tokioda Yaponiya, ABŞ, Hindistan və Avstraliyanı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin ikinci üzbəüz sammiti Tokioda başlayıb. Sammitin açılışını əks etdirən kadrlar Yaponiya Milli ictimai televiziyada nümayiş etdirilib.

Yaponiyanın Baş naziri Fumio Kisida təbrik nitqində ABŞ, Hindistan və Avstraliya liderlərini salamlayıb. "Biz açıq və azad Hind-Sakit okean regionunun qurulması uğrunda çıxış edirik. Regionda, xüsusən də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ölkələri ilə ümumi problemləri müzakirə etmək üçün geniş əməkdaşlığa köklənmişik", - Yaponiya hökumətinin başçısı vurğulayıb. O, bu problemlərin arasında iqlim dəyişikliyi, dünya okeanlarının vəziyyəti və humanitar problemlərin adlarını sadalayıb.


Etiketlər:  ABŞ ərzaq böhranına cavab vermək üçün tərəfdaşlarla işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ