Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan kubokunda finalçılar bəlli oldu

Azərbaycan kubokunda finalçılar bəlli oldu

Tarix: 1 May 2019 22:00

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, artıq ilk finalçı müəyyənləşib. Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibini 2:1 məğlub edib. Səfər qolu sayəsində finala "Qəbələ" yüksəlib.

Mərhələnin son oyunu da Bakıda keçirilib. “Zirə” evdə “Sumqayıt”ı qəbul edib. Matç 3:3 hesabı ilə başa çatıb. Bununla da, "Sumqayıt" səfər qolları hesabına finala adını yazdırıb.

Beləliklə, həlledici matçda "Qəbələ" və "Sumqayıt" üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.


Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

20:00. “Zirə” – “Sumqayıt” - 3:3
Qollar:
Peyman Babayi, 19 (0:1), 27 (0:2),45 (0:3), Pərdis Fərcad-Azad, 47 (1:3), Sezar Rodrigez, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0


17:00. “Qarabağ” – “Qəbələ” - 2:1
Qol:
Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

 


Etiketlər:  Azərbaycan kubokunda finalçılar bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ