Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya gimnastı: Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib

Rusiya gimnastı: Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib

Tarix: 17 Sentyabr 2019 15:10

Bakı. Cani Babayeva - Trend:

Bakıda yarışların təşkili yüksək səviyyədədir.

Bunu Trend-ə Rusiya gimnastı Dina Averina dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O qeyd edib ki, hər gün məşqlərə tam gücü ilə çıxır:

“Məşqçimizin dediyi kimi, gücümüzə qənaət etməməliyik. Əlbəttə, hər gün maksimum güc sərf etmək asan deyil, amma biz gücümüzü bərpa etməyə çalışırıq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya gimnastı Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ