Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi strukturlarda işçilərin say həddi müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi strukturlarda işçilərin say həddi müəyyənləşib

Tarix: 24 May 2022 20:54

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən;

1. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.2. preambulada "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə, "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.3. 1-ci, 3-cü, 4-cü və 7-ci hissələrdə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.4. 2-ci və 6-cı hissələr ləğv edilsin;

1.5. 5-ci və 8-ci hissələr aşağıdakı redaksiyada verilsin:

"5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.";

"8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.";

1.6. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə" üzrə:

1.6.1. adında və 1.1-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.6.2. 5.3-cü bəndin birinci cümləsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.6.3. 5.4-cü bənddə "birinci müavini və iki" sözləri "beş" sözü ilə əvəz edilsin;

1.6.4. 5.7-ci bənddən "birinci müavininə və ya" sözləri çıxarılsın;

1.6.5. 5.8-ci bənddən "nazirin birinci müavinindən," sözləri çıxarılsın;

1.7. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu" üzrə:

1.7.1. adında, 1-ci, 4-cü və 5-ci hissələrdə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

1.7.2. 2-ci və 3-cü hissələr ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi strukturlarda işçilərin həddi müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ