Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sevilya" Bakıya əsas heyətlə gəlir - siyahı

Tarix: 17 Sentyabr 2019 15:56

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda sentyabrın 19-u səfərdə "Qarabağ"la qarşılaşacaq "Sevilya" Bakıya yola düşmək üzrədir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniya təmsilçisi ölkəmizə əsas heyətlə gələcək. Ümumilikdə heyətdə 23 futbolçu yer alıb.

"Sevilya"nın heyəti: Vaslik, Serxi Qomes, Karriço, Ronni Lopes, Dabbur, Baneqa, Munir, Kunde, Bono, Xavyer Ernandes, Pozo, Xesus Navas, Qudelj, Esküdero, De Yonq, Dieqo Karles, Oliver Torres, Fernan Vaskes, Regilon, Yordan, Fernando, Brayan, Alfonso

Qeyd edək ki, komandanın hücumçusu Nolito zədə səbəbindən heyətdə yer almayıb.

 


Etiketlər:  Sevilya Bakıya əsas heyətlə gəlir siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ