Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əkizlərdən onları ''süni'' adlandıran Səidəyə cavab: ''Eşitməzlikdən gəlirik''

Əkizlərdən onları ''süni'' adlandıran Səidəyə cavab: ''Eşitməzlikdən gəlirik''

Tarix: 25 May 2022 09:50

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları bir müddət əvvəl onları "süni" adlandıran həmkarları Səidə Sultanın sözlərinə münasibət bildiriblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə əkizlər "Tarixin bir günü" proqramında danışıblar. Bacılar sənətçilərin biri-birinə hörmət etmək məcburiyyətində olduğunu deyiblər:

"Bizim dostluğumuz, münasibətimiz olmaya bilər, amma biri-birimizə hörmət etməyə məcburuq. Çünki həmkarıq. Həmkarlarımızı seçmək qabiliyyətimiz də yoxdur. Ona görə hörmət etməliyik ki, çünki Səidə Sultan heç vaxt bizdən özünə qarşı hörmətsizlik görə bilməz. Yerimizi bilirik. Əgər o doğru şəkildə bizə irad bildirsəydi, təhqir etmədən bir söz desəydi, qəbul edə bilərdik. Onun dediyini eşitməzlikdən gəlirik. Çünki biz heç bir həmkarımıza o sözləri yaraşdırmırıq. Düz eləmir. Deyir ki, "Səmimi deyillər, sünidirlər". Mənə bir nəfər desin ki, Səidə Sultanla biz masa arxasında əyləşib çörək kəsmişik. Onunla ümumiyyətlə münasibətimiz yoxdur. Uzaq başı efirə dəvət etmişik, çıxış edib və sağollaşmışıq. Bizə necə "süni" deyə bilərsən? Xasiyyətimizi, necə insan olduğumuzu bilmirsən".


Etiketlər:  Əkizlərdən onları süni adlandıran Səidəyə cavab Eşitməzlikdən gəlirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ