Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hərbçiləri “Z” işarəli avtomobillərdən taksi kimi istifadə edirlər

Rusiya hərbçiləri “Z” işarəli avtomobillərdən taksi kimi istifadə edirlər

Tarix: 26 May 2022 09:12

İşğal altında olan Melitopoldakı rusiyalılar "Z" hərfi ilə işarələnmiş avtomobillərində taksi sürməyə başlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Zaporojye OVA" məlumat verib.

Bundan əlavə, qeyd olunur ki, Melitopolda rusiyalılar xüsusən də Rusiya hərbi texnikasının yerdəyişməsi ilə əlaqədar mobil rabitəni kəsiblər: Şəhərdəki əsas prospekt ilə böyük hərbi texnika karvanı Xerson istiqamətinə doğru hərəkət edib. Həmçinin işğalçılar şəhərdə əlavə nəzarət-buraxılış məntəqəsi qurublar: məntəqəyə pulemyotçular, hərbi maşınlar yerləşdirib və avtomobilləri seçmə qaydada yoxlayırlar.

Krım istiqamətində isə 15 taxıldaşıyan maşın şəhəri tərk edib.

Milli.Az


Etiketlər:  Rusiya hərbçiləri işarəli avtomobillərdən taksi kimi istifadə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ