Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi arvadını bıçaqladı, uşaqlarını və özünü eyvandan atdı

Kişi arvadını bıçaqladı, uşaqlarını və özünü eyvandan atdı

Tarix: 26 May 2022 10:38

Türkiyənin Aksaray şəhərində faciə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Əfqanıstandan olan 35 yaşlı Məhəmməd Hüseyn Sultani məişət mübahisəsi zəminində arvadını bıçaqlayıb, iki uşağını isə üçüncü mərtəbədən atıb.

Beş dəfə bıçaq zərbəsi endirilən 26 yaşlı Gol Bibi Sultani, 4 yaşlı qızı Məryəm Sultani, 3 yaşlı Mərvəh Sultani xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra özünü eyvandan atan 35 yaşlı M.H.S. yaralanıb. Onun vəziyyəti ağırdır.

Milli.Az


Etiketlər:  Kişi arvadını bıçaqladı uşaqlarını özünü eyvandan atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ