Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçin ən böyük neft şirkəti Rusiya ilə bütün ortaq layihələrdən imtina edib

Norveçin ən böyük neft şirkəti Rusiya ilə bütün ortaq layihələrdən imtina edib

Tarix: 26 May 2022 13:32

Norveçin ən böyük neft şirkəti "Equinor" Rusiya Federasiyası ilə bütün ortaq layihələrdən çəkildiyini açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mayın 25-də yaydığı məlumatda deyilir.

"27 fevral 2022-ci ildə "Equinor" şirkətin Rusiyadakı birgə müəssisələrindən çıxmaq prosesinə başlamaq qərarına gəlib.

O vaxtdan bəri "Equinor" Rusiyaya bütün yeni investisiyaları dayandırıb, Rusiyadan neft və qaz məhsulları ticarətini dayandırıb və 31 mart 2022-ci il tarixinə balansından 1,08 milyard dollar  məbləğin silindiyini elan edib", - deyə məlumatda qeyd edilir.

"Equinor" Rusiyanın dörd birgə müəssisəsindəki payını "Rosneft"ə təhvil verib və bütün gələcək öhdəliklərdən çəkilib. Həmçinin "Xaryaqa" layihəsindən çıxmaq üçün də müqavilə imzalanıb.

"Bütün müştərək müəssisələrdən çıxış Norveç və Aİ-nin Rusiyaya qarşı sanksiya qanunvericiliyinə uyğun olaraq tamamlanıb", - deyə şirkətdən açıqlama verilib.


Etiketlər:  Norveçin böyük neft şirkəti Rusiya ilə bütün ortaq layihələrdən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ