Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 18:08
Yüksək bal toplasalar da, universitetə daxil ola bilməyiblər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, demək olar ki, hər il qəbul imtahanlarından sonra belə xəbərlərə rast gəlirik. Yəni bəzi abituriyentlər imtahanlarda yaxşı nəticə göstərsələr də, tələbə adını qazana bilmirlər.Buna da səbəb kimi ixtisas seçiminin səhv aparılması göstərilir. Elə ötən il məzun olan Nurcan Orucova və Rauf Qasımovda eyni taleyi yaşayıblar. İstədikləri ixtisasın balını toplasalarda, Universitetə daxil ola bilməyiblər.
Təhsil üzrə mütəxəssis Famil İsayev deyir ki, ixtisas seçimi zamanı əvvəlki illərin keçid balları təhlil edilməlidir. Bundan başqa, abituriyentlərtopladıqları bala da arxayın olmamalı, dövlət sifarişli yerlərlə yanaşı, istədikləri ixtisas üzrə ödənişli yerləri dəseçməlidirlər.
Famil İsayevin sözlərinə görə, proseszamanı ixtisas qruplarına fərdi yanaşılmalıdır. Məsələn birinci və ikinci qrup üçün 500 bal yuxarı nəticə hesab olunsa da, üçüncü və dördüncü qruplarda bu bal yüksək sayılmır.
Mütəxəssis abituriyentlərə ixtisas seçimi zamanı nəticələri real olan mütəxəssislərə müraciət etməyi tövsiyə edir.