Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qazi adına bu cür əməllərlə ləkə vuranlar yaxşı örnək deyil'' - VİDEO

''Qazi adına bu cür əməllərlə ləkə vuranlar yaxşı örnək deyil'' - VİDEO

Tarix: 26 May 2022 19:52

Azərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir. Məsələn qazilər, şəhid ailələri, müharibə əlillərinə əhali arasında böyük hörmət göstərilir. Bu şəxslər dövlət tərəfindən də tam qayğı ilə əhatə olunub. Əbəs yerə bunları xatırlatmırıq. Bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışırlar. Ekspertlər bildirilər ki, belə şəxslər ifşa edilməlidir. Çünki onlar  bu əməlləri ilə əldə olunan tarixi zəfəri gözdən salmağa çalışırlar. Qazi adına kimlər və niyə kölgə salır?.

44 günlük vətən müharibəsindən sonra cəmiyyətdə özünü qazi kimi təqdim edib, müxtəlif üsuallara əl ataraq mənfət əldə etmək istəyən şəxslərə rast gəlinirdi. Axı kimdi bunlar?

Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi göstərərək, müxtəlif iddialarla çıxış etməsi təbii ki, qazi adına ləkədir. Hələ bu azmış kimi əynində hərbi geyim, əli-ayağı yerində olan bu gəncin əlil arabasında oturub dilənməsi isə bu müqqədəs geyimə bir hörmətsizlikdir... 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli deyir ki, bütün müharibələrdən sonra cəmiyyətlərdə buna bənzər hallara rast gəlinir. O, bu tip insanlar hərbi geyimdə çirkin əməllər törətməklə, tarixi zəfəri gözdən salmaq istəyirlər.

Ekspert deyir ki, Azərbaycan hərbçisinin geyimi, döyüşçünün imici, Azərbaycan xalqı üçün müqqədəsdir. Ramil Məmmədli hesab edir ki, belə faktların qarşısını vaxtında almaq lazımdır. 

Ehtiyyatda olan Türkiyəli general Yücel Karauz da bildirdi ki, şəhid və qazi bir xalqın ən ülvi və ali dəyərləridir. Bu zirvə o qədər ucadır ki, heç bir maddiyyatla bura çatmaq olmaz. Yücel Karauz hesab edir ki, qazi adına bu cür əməllərlə ləkə vuranlar gənc nəsilə də yaxşı örnək deyil. 

Unutmamalıyıq ki, 44 günlük vətən müharibəsində qazanılan zəfər azərbaycan tarixinə yazılan şanlı sanlamədir. 


Etiketlər:  Qazi adına cür əməllərlə ləkə vuranlar yaxşı örnək deyil VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ