Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 07:22
Rusiya ordusu ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinə nəzarəti əldə saxlamağa çalışır.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Ukrayna Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Luqansk vilayətində vəziyyətin ağır olduğunu bəyan edib:
"Ancaq biz vəziyyəti dəyişmək üçün bütün gücümüzlə çalışırıq".
Rus ordusunun havadan və qurudan hücumlar təşkil etdiyini deyən Qromov qələbə üçün əllərindən gələni etdiklərini vurğulayıb:
"Tərəfdaş ölkələr tərəfindən müasir silahların tədarükü bizim qələbəmizi sürətləndirəcək".