Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 18:50
Müğənni Afət Fərmanqızı yenə öz ampluasında video paylaşıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu dəfə onun nə paylaşması deyil, şərhlərdəki müzakirələri təqdim edəcəyik.
Belə ki, həmişəki kimi Fərmanqızı paylaşdığı videoda Flora xanımı məsxərəyə qoyub:
"Mən sənin kimi Allaha əmr etmirəm, dua edirəm. Allaha dua etmədikcə üzünün dərisi pis günə düşür. Bax, mənim dərimə...(əli ilə göstərir), gözəl dəri məndə, gözəl nəsil-kök məndə... ".
Xeyli özünü tərifləyən xanım müğənni şəxsi keyfiyyətlərdən başqa, üzdə olanları göstərir. Çox pakizə...
Afət Fərmanqızının bu hərəkəti onlarla istifadəçi tərəfindən gah "linç" edildi, gah da lağa qoyuldu. Birinci növbədə hərənin özünə uyğun inancı var və kiminsə günahını-savabını müzakirə etmək qəbuledilməzdir. Ümumiyyətlə belə videolarla özünü kimsədən üstün tutmaq ucuzluğa aparır.
İkincisi isə hərə öz pəncərəsindən dünyaya baxır, lağa qoymaq insanın şəxsi keyfiyyətlərini birbaşa üzə çıxarır. Gözəl dəri ilə, kişi ünsürü və maddi göstəricilərlə öyünmək müvəqqəti reklamdır.
Xalq artisti Flora Kərimova və ya onun kimi sənətkarlar isə bu cür reklama ehtiyac duymur, nəyisə sübut etməyə, özünü kimlərləsə müqayisə etməyə lüzum görmür. Hər şey göz önündədir.
Ən sanballı tərəzi isə xalqın gözüdür. Özünüz baxın, görün izləyiciləri ona necə reaksiya veriblər. İzləyicilərdən biri hətta Afət Fərmanqızına diaqnoz da qoyub...