Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 09:00
Gəncədə dəmir yolunun yaxınlığında meyit tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxsin Ucar rayon Qazqumlaq kənd sakini 59 yaşlı Emilov Şaban Əlibaba oğlu olduğu müəyyən olunub.
İlkin məlumata görə, Şaban Emilov yaxın zamanlarda dəmir yollarında işə düzəlib.
Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə regional mərkəzinə təhvil verilib.