Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2022 13:00
Bərdədə övladına toy edən ailənin evi yanıb. Hadisə zamanı gəlinin cehizi ilə bərabər evin bütün əşyaları da yanaraq kül olub.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yanğın hadisəsi Bərdə şəhərində müvəqqəti məskunlaşan Laçın rayon sakini Elşən Musayeva məxsus fərdi yaşayış evində baş verib.
İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar. Hadisə Elşən Musayevin qızının toy məclisi olan zaman baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüblər.
Musayevlər ailəsi hadisə ilə bağlı hüquq- mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Hadisə zamanı gəlinin bütün cehizlik əşyaları yandığından Musayevlər ailəsinə xeyli miqdarda ziyan dəyib.
Evin yanması səbəbində 9 nəfərdən ibarət məcburi köçkün ailəsi indi harda yaşayacağını bilmir. Çətin vəziyyətə qalan Musayevlər ailəsi evinin yenidən bərpası üçün aidiyyəti dövlət orqanlarından kömək istəyir.
Oğuz rayonunda isə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Hadisə rayonun Şirvanlı kəndində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: