Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Melitopolda partlayış - FOTO

Melitopolda partlayış - FOTO

Tarix: 30 May 2022 10:16

Melitopolun mərkəzində güclü partlayış baş verib.

Milli.Az bildirir ki, bu barədə "RİA Melitopol" məlumat yayıb.

Məlumata görə, partlayış saat 7:50-də baş verib. Ukrayna Qəhrəmanları, Petro Doroşenko, Boqdan Xmelnitski küçələri ərazisində yaşayan Melitopol sakinlərinin evlərinin pəncərələri və divarları titrəyib.

"İlkin məlumatlara görə, mərmi Zaporojye vilayətinin psevdoqubernatoru Yevgeni Balitskinin hündürmərtəbəli binasının yerləşdiyi "Kvartal" ticarət mərkəzinin ərazisində partlayıb. Ehtimal olunur ki, təxribatçılar işləyirlər. Hazırda Melitopol sakinləri şəhərin mərkəzində qara tüstü müşahidə edirlər", - deyə məlumatda bildirilir.

Qurbanların olub-olmaması, kimlərin və ya nəyin partladıldığı hələlik açıqlanmır.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Melitopolda partlayış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ