Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Сəsur" Şotland viskisi mənim ehtirasımdır..." - Onun bir qurtumu 92 funt sterlində bərabərdir

Tarix: 30 May 2022 11:58

Böyük Britaniyanın Edinburq şəhərində baş tutan hərracda anonim alıcı 1, 1 milyon funt sterlinqə (təxminın 2 milyon 350 min manat) dünyada ən boyük viski şüşəsini əldə edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat verib.

38 illik həcmi 311 litr və hündürlüyü 180 sm olan "Cəsur" adlanan "Macallan" tək səməni viski şüşəsi  Lyon & Turnbull hərracında satılıb.

Öz həcminə görə 444 adi viski şüşəsi ilə müqayisə edilə bilər. Ginnesin rekordlar Kitabı rəsmən onu dünyada ən böyük viski şüşəsi kimi qəbul edib.

Bu şüşənin yaradılmasının təşəbbüskarı olan "Fah Mai and Rosewin" investisiya şirkətindən Daniel Monk bəyan edib ki, onun üçün bu, "puldan üstün anlayışdır".

"Bu, ehtirasdır. Layihə mənim məhrum atam, kapitan Stenli Monkun xatirəsinə həsr edilib. O, tədqiqatçı olub və bir çox maraqlı nailiyyətlər qazanıb", - o, deyib.

Gözlənilib ki, "Cəsur" viski 1, 5 milyon funt sterlinqə satılacaq və tarixdə ən bahalı viski şüşəsi olacaq.

İçkinin final dəyəri bir qurtumu təxminən 92 funt sterlinqə bərabər olub.

"Cəsur" adı 11 tədqiqatçi və novatorun nailiyyətlərinə həsr edilib və onların təsviri etiketdə yerləşdirilib.

"Layihə əvvəlcədən macəraya çevrilib. Mən lokdaun zamanı tədqiqatçılarla əlaqə saxlamağa başladım ki, onları da layihəyə cəlb edim və elə insanları tapdım ki, onlar ən böyük Şotland viski şüşəsini düzəltdilər. Biz birlikdə bu arzunu gerçəkləşdirdik", - Monk vurğulayıb.

Milli.Az


Etiketlər:  Сəsur Şotland viskisi mənim ehtirasımdır Onun bir qurtumu 92 funt sterlində bərabərdir


RƏYLƏR