Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məsaməli dərilər üçün maskalar

Məsaməli dərilər üçün maskalar

Tarix: 30 May 2022 19:03

Yaş artdıqca və ya üzə düzgün qulluq edilmədikdə məsamələr çoxalır və böyüyür. Bu heçdə üzdə xoş görüntü yaratmır. Digər tərəfdən məsamələr hər hansı yad cisimlər tərəfindən bağlandıqda nəfəs ala bilmir və nəticədə sızanaqlar yaranır.

Sonxeber.net Axşam.az-a istinadən məsamələri aradan qaldıran bir neçə maskanı təqdim edir:

Tərkibi:

4 xörək qaşığı aloe vera geli
2 damcı çay ağacı yağı
1/2 soyulmuş xiyar

Qarışımı barmaqlarınızın ucu və ya fırça vasitəsi ilə üzünüzə çəkin. 10-15 dəqiqə göxlədikdən sonra yuyun. Bu maskanı bir neçə dəf təkrarladıqdan sonra məsamələrin kiçildiyini müşahidə edəcəksiniz.

Qeyd edək ki, aloe vera və xiyar iltihablı dərini sakitləşdirir. Bundan əlavə, xiyar toxumları kalium və E vitamini ilə zəngin olduğundan dəridəki ləkələri azaltmağa kömək edir.

Tərkibi:

¼ avokado
1 xörək qaşığı aloe vera geli
1 xörək qaşığı yulaf

Maskanı təmiz üzə çəkin və 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Maskanı təmizləmək üçün yumşaq bir şəkildə masaj da edə bilərsiniz.


Etiketlər:  Məsaməli dərilər üçün maskalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ