Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada fransız jurnalist öldürülüb

Ukraynada fransız jurnalist öldürülüb

Tarix: 30 May 2022 20:58

Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitterdə bildirib.

"Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi" - deyə Makron qeyd edib.

Hadisə Ukraynanın Severodvinsk şəhəri yaxınlığında baş verib.

BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib.


Etiketlər:  Ukraynada fransız jurnalist öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ