Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Ukraynaya yenə “Sezar” göndərəcək

Fransa Ukraynaya yenə “Sezar” göndərəcək

Tarix: 31 May 2022 08:45

Fransanın avropa və xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ukraynaya "Sezar" özüyeriyən haubitsaların daha bir partiyasını təhvil verəcəyini bildirib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə K.Kolonna Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

Nazir bildirib ki, Fransa Rusiya ilə müharibə etməsə də, müdafiə sahəsində Ukraynaya kömək edir.

"Bununla bağlı biz uzun müddətdir ki, Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq, biz daim Ukrayna tərəfinin nəyə ehtiyacı olduğunu və bu sorğulara cavab vermək üçün hansı imkanlara malik olduğumuzdan xəbərdarıq", - Kolonna bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini bildirib.


Etiketlər:  Fransa Ukraynaya yenə Sezar göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ