Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 18:24
Tezliklə NATO ölkələri arasında Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq. Bu isə Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini daha da gücləndirəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler Almaniyanın Ukraynaya hərbi dəstəyinin olmadığına görə Berlinə ünvanlanan tənqidləri başa düşmədiyini də bildirib:
"Biz Ukraynaya silah vermişik və daha çoxunu tədarük edəcəyik. Hazırda sifariş olunan ağır silahlar hazırlanır".