Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirlər ki, başdan-ayağa botokssan'' - Lətifə Soyuöz

''Deyirlər ki, başdan-ayağa botokssan'' - Lətifə Soyuöz

Tarix: 31 May 2022 19:10

"Mənə deyirlər ki, başdan-ayağa kimi botoksan. Botoks ancaq qaş nahiyəsinə vurulur. Adam başdan-ayağa kimi necə botoks ola bilər? Bu gün kosmetoloji mərkəzə gedəndə baxırsan ki, nə qədər adam var. Hamı özünü gözəl görmək istəyir. İnstaqramdakı maskalar bizi birtəhər edib. Effektləri qoyursan burnun, boğazın yığılır. Başlayırsan ki, burnumu yığım, onu edim". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Səhər mərkəzi" proqramında deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı yazılanlara münasibət bildirib:

"Bircə dəfə əməliyyat olunmuşam, onda da burnumu etdirmişəm. Bir də üzümə kosmetoloji baxımlar etdirirəm".

Son günlər çəki atan Lətifə "Pəhriz saxlayıram və idmana başlamışam. Həkim-kosmetoloqa da çox gedirəm" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  Deyirlər başdan ayağa botokssan Lətifə Soyuöz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ