Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda FANTASTİK qiymətə ağaclar satılır - VİDEO

Bakıda FANTASTİK qiymətə ağaclar satılır - VİDEO

Tarix: 31 May 2022 20:30

Bu yaşıllıqların arasında sərvət var. Söhbət torpağa basdırılan gizli xəzinədən yox, torpaqda yetişən ağacların qiymətindən gedir. Hansi ki, burada avtomobil, hətta ev qiymətinə də ağac tapmaq mümkündür.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ağacların satışı ilə məşğul olan Fərman Kazımov bildirir ki, buradakı ən ucuz bitkinin qiyməti 15 manatdan başlayır. Dekorativ ağaclar isə 12 mindən 60 min manata qədər, bəzən isə daha yüksək qiymətə satılır. Satıcı vurğulayır ki, bu bahalığın səbəbi ağac ixrac edən ölkələrin satış qiymətlərini artırmasıdır.

Fərman Kazımovun dediyinə görə, ağaclar əsasən, İtaliya və Türkiyədən idxal olunur. Bitkilərin boyundan və gətirilmə şəraitindən asılı olaraq qiyməti dəyişir. Dəyəri 65 min manat olan dekorativ çiyələk ağacı hazırda burada mövcud olmasa da, xüsusi sifarişlə İtaliyadan gətirilir. Əldə olan ən bahalı ağac isə 12 min manata satılan "Vazo Oya" ağacıdır.

Satıcının sözlərinə görə, Türkiyədə olan bir dekorativ ağac da var ki, dəyəri 80 min manatdır. Onun sifarişi və idxalı 100 min manata başa gəlir. Satışa isə 120 min manata qoyulur. Bu ağacı nadir hallarda yay aylarında bağ evləri üçün alırlar. Həmin ağaclar mağazada saxlanmır və sifarişlə birbaşa alıcının ünvanına göndərilir. İspaniyadan gətirilən dekorativ zeytun ağaclarının qiyməti isə yaşından asılı olaraq dəyişir. 120-130 yaş aralığında olan bu zeytun ağacları 7-8 min manata təklif olunur.


Etiketlər:  Bakıda FANTASTİK qiymətə ağaclar satılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ