Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb

İlham Əliyev: Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb

Tarix: 1 Iyun 2022 16:03

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

"Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçıların rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.


Etiketlər:  İlham Əliyev Müstəqilliyimizin illərində vəziyyət belə olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ