Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bülənt Ərsoyu təqlid etmək müğənniyə baha başa gəldi - VİDEO

Bülənt Ərsoyu təqlid etmək müğənniyə baha başa gəldi - VİDEO

Tarix: 2 Iyun 2022 05:25

Türkiyəli müğənni Gülşənin sonuncu paylaşımı tənqid edilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, əlil arabasında video paylaşan Gülşən həmkarı Bülənt Ərsoyu da işarələyərək təqlid edib. Bu isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

İfaçının ünvanına "Əylənmək üçün əlil arabasını seçmək, onda oturmaq məcburiyyətində qalanlar üçün xəyal qırıqlığıdır. Ümid edirəm, bir gün həqiqətən orada əyləşmək məcburiyyətində qalmazsan", "Bülənt Ərsoy sağlamlıq problemlərinə görə ayaqüstə dayana bilmirsə, bunu ələ salmaq həç də xoş deyil", "Bir gün həmin əlil arabasına möhtac qalsan onda da belə gülməli olacaq görəsən?", "Çox gülməlidir? Bir gün belə bir vəziyyətə düşmək hissi keçmədi fikrindən?" kimi şərhlər yazılıb.

Bir çoxları isə bunu reytinq üçün etdiyini, lakin uğursuz alındığını bildiriblər.


Etiketlər:  Bülənt Ərsoyu təqlid etmək müğənniyə baha başa gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ