Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 08:04
Oklahoma ştatının Talsa şəhərində Sent-Fransis xəstəxanasının ərazisindəki binada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Hadisə xəstəxana kompleksinin tibb korpuslarından birində baş verib.
Polis atıcının güllə yarası aldığını güman edir. Hazırda hadisə yeri mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin axtarışı üçün mərtəbə-mərtəbə yoxlamalar aparır.
Bir neçə nəfər yaralanıb, atıcı zərərsizləşdirilib. Zərərçəkənlərin vəziyyətinin ağırlığı və hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.