Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 14:38
Bakıda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirən qadın polisə müraciət edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən 1994-cü il təvəllüdlü F.İsayeva mayın 31-də gecə saat 02:00 radələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı, 2000-ci il təvəllüdlü Avadh Saeed Alajeel tərəfindən döyüldüyünü bildirib.
O qeyd edib ki, tanış olduğu şəxslə Nəsimi rayonu Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən binadakı mənzildə görüşüb. Gecə saatlarında onların arasında münaqişə baş verib və ərəb turist 28 yaşlı qadını xuliqanlıq zəminində döyüb.
İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub.
Müraciətlə bağlı araşdırma aparılır.