Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 18:18
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun yeni bir kitabı - "Cığır" romanı çapa verildi.
Sonxeber.net "OLAYLAR"a istinadən xəbər verir ki, romanda Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabaöın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla oxuculara təqdim edilib.
Romanın sonuncu bölümlərində yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anlar, zəfər tarixi də geniş və ətraflı şəkildə oxuculara çatdırılıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.