Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı

Hacının ilk rəqibi rus oldu -  Dünya çempionatı

Tarix: 18 Sentyabr 2019 14:24

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, sabah qadın güləşində 62 və 68, sərbəst güləşdə 57 və 65 kq-da mübarizəyə start veriləcək.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla qarşılaşacaq.


Qadın güləşi


62 kq

1/16 final - Elmira Qəmbərova - Krişta Tunda İnçe (Rumıniya)


68 kq

1/16 final - İrina Netreba - Yuvette Zie (Burkino-Faso)


Sərbəst güləş


57 kq

Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (Qırğızıstan)


65 kq

Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)

 

 


Etiketlər:  Hacının rəqibi oldu Dünya çempionatı


RƏYLƏR