Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 13:46
Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda "United24" platformasının təqdimat mərasimində çıxış edib və xeyriyyəçiləri Rusiyanın təcavüzündən əziyyət çəkən Ukraynanın bərpasına kömək etməyə çağırıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu haqda Zelenski United24 video təqdimatı zamanı deyib.
"Rusiya ordusu çox qəddardır, nəinki mümkün qədər çox insanı öldürməyə, həm də həyat üçün lazım olan bütün infrastrukturu məhv etməyə çalışır.
Körpülər və yollar, evlər və xəstəxanalar, məktəblər və müəssisələr. Yanmış şəhərlər, universitetlər, doğum evləri raketlərlə məqsədyönlü şəkildə dağıdılıb. Dağıntılar rus ordusundan sonra qalanlardır", - o deyib.
Prezident ukraynalıların "artıq indi, artıq bu gün" harasa qayıtmalı olduğunu vurğuladı, ona görə də Ukraynaya dəstək üçün ianə toplamaq üçün xüsusi platforma - United24 yaradılması təşəbbüsü ilə çıxış etdi.
Zelenskinin sözlərinə görə, xeyriyyəçilər öz vəsaitlərinin hara gedəcəyini özləri seçə bilərlər - fotoşəkili bütün dünyaya yayılan İrpendə körpünü bərpa etmək, tibbi avadanlıq almaq və ya başqa məqsədlər üçün və onların "adları həmişəlik Ukraynanın tarixi, azadlığın və demokratiyanın müdafiəsi tarixində qalacaq".
United24, Ukraynaya dəstək üçün ianələrin toplanması üçün əsas pəncərə olmağı qarşısına məqsəd qoyan bir fandreyzinq platformasıdır.
United24 üç sahədə ən vacib ehtiyaclar üçün pul toplayır: müdafiə və minalardan təmizləmə, tibbi yardım və Ukraynanın yenidən qurulması.
Vəsaitlər Milli Bankın hesablarına köçürülür.
4 iyun tarixinə platforma vasitəsilə 51 330 630 dollar toplanıb.
Mayın 5-dən iyunun 3-dək müdafiə və minaların təmizlənməsinə 37.532.174 dollar, humanitar və tibbi yardıma 906.856 dollar xərclənib. United24-ün cari balansı 3.714.597 dollardır.
Aslan Məmmədov