Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 19:12
Cəbhədəki ən qaynar nöqtələr Severodonetsk və Slavyan istiqamətləridir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
DİN rəsmisi əlavə edib ki, düşmən bu ərazilərdə xeyli qüvvə cəmləyib: "Severodonetskdə vəziyyət çox ağırdır, rus işğalçıları şəhərə əhəmiyyətli qüvvələr cəlb edib".
Denisenkonun sözlərinə görə, ikinci ən qaynar nöqtə Slavyanska istiqamətidir: "Hazırda ruslar əllərindəki maksimum sayda qüvvələri cəlb edirlər. Artıq 20-dən çox batalyon taktiki qrupu bu istiqamətdə cəmlənib və belə qruplardan biri 600-800 nəfər, 30-dan çox zirehli transportyor, 10 tankla hərəkət edirlər".
Ukrayna mediası xəbər verir ki, Rusiya qoşunları mayın 30-da şiddətli döyüşlər zamanı Severodonetskə daxil olub. Hazırda şəhərdə şiddətli küçə döyüşləri davam edir.