Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-2022: amerikalı atıcı çətinlikdən şikayətləndi - FOTO

Bakı-2022: amerikalı atıcı çətinlikdən şikayətləndi - FOTO

Tarix: 5 Iyun 2022 20:50

Atıcılıq üzrə Dünya Kubokunun bugünkü finallarında 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışında qızıl medalı Cənubi Koreya komandası qazanıb.

Yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib və Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir.

Stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib. Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələniblər.

Amma yarış zamanı idmançılar çətinlikləri də olduğunu deyiblər.

Kişilərin dairəvi stend növü üzrə yarışlarında qızıl medal qazanan amerikalı çempion Uinsen Hankok: "Günəş batanda bir tərəfdə hava tam qaralmır - günəşin batışı sahəyə kölgə salır. Əsasən də 5-ci sahədə skitlərin çıxdığı blokların üzərinə kölgə düşür. Bu zaman mübarizə aparmaq çətinləşir. Amma bu, bizim mübarizə əzmimizi artırdı".

Sabah Bakıda Dünya Kuboku yarışlarının son günüdür.

Milli.Az


Etiketlər:  Bakı 2022 amerikalı atıcı çətinlikdən şikayətləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ