Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dənizdə batan 12 yaşlı məktəblinin FOTOsu...

Dənizdə batan 12 yaşlı məktəblinin FOTOsu...

Tarix: 6 Iyun 2022 10:00

Ötən gün Bakı şəhər Xəzər rayonu ərazisində dənizdə batan məktəblinin fotosu yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, dənizdə boğularaq ölən 12 yaşlı Mirfərhad Damədov 6-cı sinif şagirdi imiş. 

Qeyd edək ki, dünən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Dənizdə batan 12 yaşlı məktəblinin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ