Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk ölkəsi yeni dövrə qədəm qoyur: xalq dəstəklədi

Türk ölkəsi yeni dövrə qədəm qoyur: xalq dəstəklədi

Tarix: 6 Iyun 2022 19:16

Qazaxıstanda bu gün keçirilən konstitusiya referendumunu seçicilərin təxminən 75%-i dəstəkləyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu qənaət ekzit-polların ümumi nəticəsində hasil olub.

MSK isə səsvermədə seçici fəallığının 68,44% olduğunu açıqlayıb. Ölkə qanunvericiliyinə görə, seçicilərin yarıdan çoxu iştirak edərsə, seçki baş tutmuş hesab edilir.

Qeyd edək ki, referendum Qazaxıstanda ciddi islahatları və "superprezidentlik institutu"nun dəyişdirilməsini, hesabatlı hökumət və parlament nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Mərhələli şəkildə prezidentin səlahiyyətləri azaldılacaq.

Bundan əlavə, prezidentin hakimiyyətdə olduğu müddət ərzində siyasi partiyalara üzvlüyünə qadağa qoyulur. Oxşar tələblər MSK-nın sədr və üzvlərinə, hesablama komissiyasına, rayon rəhbərlərinə və onların müavinlərinə də şamil olunacaq. Dəyişikliklər həmçinin prezidentin yaxın qohumlarının dövlət və kvazi-dövlət strukturlarında rəhbər vəzifə tutmasını qadağan edir.

Bəzi düzəlişlər vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, o cümlədən Konstitusiya Məhkəməsinin yaradılmasına, Ombudsman statusunun konstitusiya səviyyəsində möhkəmləndirilməsinə, ölüm hökmünün qeyd-şərtsiz qadağan edilməsinə yönəlib. Bundan əlavə, yenilənmiş konstitusiyadan ölkənin birinci prezidentinin statusu, səlahiyyətləri və imtiyazları ilə bağlı istinadlar çıxarılacaq.


Etiketlər:  Türk ölkəsi yeni dövrə qədəm qoyur xalq dəstəklədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ