Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərdə döşlərin böyüməsi – Ginekomastiya

Kişilərdə döşlərin böyüməsi – Ginekomastiya

Tarix: 7 Iyun 2022 08:33

Ginekomastiya kişi və oğlanların döşlərinin böyüməsidir. Ginekomastiyanın baş verməsinin səbəbi orqanizmdə estrogen və testosteron hormonunun balansının pozulmasıdır. Ginekomastiya birtərəfli və ikitərəfli ola bilir.Yeni doğulmuşlarda, yeniyetmələrdə və qoca kişilərdə baş verməsi hormonal dəyişikliklər səbəbindən olur. Amma həkimlər ginekomastiyanın əmələ gəlməsində başqa səbəblərin də rolu olduğunu söyləyirlər.
Ginekomastiyanın sağlamlıq üçün həyati qorxusu yoxdur. Lakin bu cür döş quruluşuna sahib olan kişi və oğlanlar bəzən döşlərində ağrıdan şikayətlənirlər. Həmdə bunun estetik baxımdan xoşaglməz olduğu onları çox narahat edir.
Ginekomastiya anadangəlmə ola bilir. Bəzən isə onlar öz-özünə sorulub getmək qabiliyyətinə malik olurlar.
Ginekomastiya başqa xəstəliklərin əlaməti kimi meydana çıxdıqda, döşün kiçilməsi üçün ilk növbədə onun böyüməsinə səbəb olan xəstəliyi sağaltmaq lazımdır. Məsələn, hipoqonadizm zamanı, qeyri-düzgün qidalanma ilə qidalandıqda, qaraciyərin sirroz xəstəliyində kişilərdə döşlərin böyüməsi baş verə bilir. Bu zaman onların ölçüsü, əlaməti əmələ gətirən xəstəliklər sağalan zaman kiçilir.
Yeniyetmələrdə ginekomastiya baş verdikdə həkim xəstənin nəzarət altında qalmasını tövsiyə edir. Belə ki, bu zaman 2-3 il müddətinə döşün böyümə prosesi dayanıb geri sorula bilir. Buna isə 3-5 aydan bir həkim nəzarəti mütləqdir.
Bəzi hallarda isə dərman preparatları ilə müalicə edib, döşlərinin balacalanmasına nail ola bilməyən kişi və oğlanlar cərrahi yolla bu problemin həllinə can atırlar.


Etiketlər:  Kişilərdə döşlərin böyüməsi Ginekomastiya


RƏYLƏR