Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anqola gimnastı: Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün şərəfdir

Anqola gimnastı: Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün şərəfdir

Tarix: 18 Sentyabr 2019 18:32

Bakı. Cani Babayeva - Trend:

Bakıda dünya çempionatının təşkili çox gözəldir.

Bunu Trend-ə Anqola gimnastı Elis Tomas təsnifat yarışlarında çıxışından sonra deyib.

O, bugünkü çıxışından razı qaldığını deyib:

“Hər şey normal keçdi, ümid edirəm ki, sabah daha yaxşı nəticə göstərəcəyəm. Bakıda möhtəşəm gimnastika arenası var, məşq zalı gözəldir. Ölkəmizdə bu cür şərait yoxdur, ona görə də burada çıxış etmək bizim üçün şərəfdir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.


Etiketlər:  Anqola gimnastı Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün şərəfdir


RƏYLƏR